Bulvarda kaktusları yandıran şəxsə cəza verildi - YENİLƏNİB + VİDEO

Dənizkənarı Milli Parkın ərazisində dekorativ bitkiləri korlayan şəxs cəzalandırılıb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, məhkəmə qərarı ilə 2003-cü il təvəllüdlü Varis Etibar oğlu Cəfərli barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

HTML tutorial

11:16

Bakı bulvarı ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, əməli törədən Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Gununsesi.info