
Xankəndindəki separatçı, qondarma rejimin başçısı Arutyunyan Nikol Paşinyanla görüşdən məyus qayıdıb.
Gununsesi.info erməni mənbələrinə istinadən xəbər verir ki, Arutyunyan ətrafı ilə söhbətində deyib ki, Qərb bizim məsələni arxa plana atıb:
“Avropa İttifaqı, ABŞ və Fransanın gündəmində yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi məsələsi durur, Qarabağ məsələsi isə arxa plandadır…
Qarabağın gələcəyini Rusiya Federasiyasının sülhməramlı qüvvələr və ya hansısa başqa bir missiya kimi iştirakı olmadan təsəvvür edə bilmirəm…”
Gununsesi.info