
“Mən bir şəhid anası kimi şikayətimə göstərdiyi həssaslığa görə daxili işlər naziri Vilayət Eyvazova təşəkkür edirəm. Cənab nazir bizim “Günün Səsi” xəbər saytında dərc edilən şikayətimizi nəzarətə götürdü və bizdən dələduzluq yolu ilə alınan pul geri qaytarıldı. Mən eyni zamanda sizin redaksiyaya da təşəkkür edirəm ki, səsimi cənab nazirə çatdırdınız”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında Elcan Məmiyev və Elvin Məmmədov adlı şəxslər tərəfindən dələduzluğa məruz qalan 44 günlük Vətən Müharibəsinin şəhidi Nicat Xələfovun anası Dilarə Xələfova bildirib.
Qeyd edək ki, adıçəkilən şəxslər şəhid anası aldadaraq Nicat Xələfovun adına məktəb veriləcəyini, habelə Türkiyədə yaşayan həmyerlimiz Mübariz Mənsimovun “Palmali Group”a məxsus tankerlədən birinə onun şəhid oğlunun adını verəcəyinə dair yalan vədlər verərək, pullarını mənimsəyib.
BUNA DA BAX!
Dilarə Xələfova bildirib ki, sözügedən məsələ ilə bağlı şikayəti “Günün Səsi”ndə dərc olunduqdan dərhal sonra aidiyyatı üzrə polisdə araşdırmalar sürətləndirilib və məsələ həllini tapıb.
Günay Təhməzova
Gununsesi.info