Avtoqəzadan sağ çıxan Binəli Yıldırımdan ilk açıqlama -FOTO

  • By admin
  • 21 Oktyabr 2022 00:50

Bu gün Cəbrayıl rayonunda avtomobil qəzası keçirən Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın müalicə aldığı xəstəxanadan tvitter hesabında açıqlama yazıb.

Gununsesi.info xəbər verir ki, sabiq baş nazir durumunun yaxşı olduğunu deyib.

Azərbaycana səyahətinə sırasında bir yol qəzası keçirdik. Allaha şükürlər olsun ki, durumumuz yaxşıdır. İxtisaslı xəstəxanaların birində müalicə alırıq.

Dua edən hər kəsə təşəkkürlər.

Afət

Gununsesi.info