Gununsesi.info xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
A.Abbas AYB kimi bir quruma hazırda ehtiyac olmadığı barədə fikirlərə isə belə münasibət bildirib: “Bu quruma ehtiyac var. AYB hazırda dörd jurnal buraxır, gənc yazıçılara mükafatlar, ildə nə qədər yazıçının adını Prezident təqaüdünün verilməsi üçün təqdim edir, kitab təqdimatları keçirir, xarici ölkələrlə əlaqələr saxlayır, yazıçılarımızın əsərləri xaricdə çap olunur, xarici yazıçıların da bizdə əsərləri tərcümə olunur, Tərcümə Mərkəzi var və s. Qeyri-Hökumət Təşkilatıdır. Hökumət də onun jurnallarına görə pul ayırır. AYB niyə ləğv olunmalıdır ki?”












