Anar Əsədliyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının qurucularından olan Anar Əsədliyə hökm oxunub.

Gununsesi.info-nun xəbərinə görə, prokuror ona 7 il həbs cəzası istəyib.

Məhkəmənin qərarı ilə o, 5 il müddətinə həbs edilib.

Qeyd edək ki, o, 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirli bilinib.

Onu da qeyd edək ki, hökm oxunmazdan əvvəl Anar Əsədli son söz olaraq deyib:

“Məhkəmənin hökmündən əvvəl heç nə demək istəmirəm. Önyarğılı olmaq istəmirəm. Bəlkə də, sadəlövhcəsinə yanaşıram. Amma mən hökmdən asılı olaraq, addımlar atacam, szöümü deyəcəm”.

Elmar

Gununsesi.info