Amerikalı aşpaz xüsusi pəhriz sayəsində 41 kq arıqlayıb

ABŞ-ın Boston şəhərindən olan 126 kq çəkiyə malik aşpaz 41 kq arıqlaya bilib. O, buna 4 ay ərzində nail olub. 

 

Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, aşpaz uğurunun sirrini “Eat This, Not That!” portalına açıb və öz tövsiyələrini arıqlamaq istəyənlərlə bölüşüb.
Amerikalının adı Maykl Skelfodur, təzyiq və emosional vəziyyətlə bağlı problemlər yaşamağa başladığı üçün arıqlamalı olduğunu söyləyib. Məqsədi altı ayda 22 kq arıqlamaq olsa da, istədiyi nəticəni xeyli tez əldə edib.
Skelfonun pəhrizi zülal və liflə zəngin qidalardan ibarət olub. O, həmçinin daha çox gəzməyə başlayıb. Hər gün aşpaz 1,5 mindən çox kalori qəbul etməyib. Eyni zamanda həkimə müraciət və səhhətinə nəzarət etməyi də unutmayıb.
Hazırda Maykl Skelfonun çəkisi 85 kq-dır. O, arıqladıqdan sonra özünü daha yaxşı hiss etməyə başladığını iddia edir.
“Həqiqətən bir fərq yarada bilməmişdən əvvəl bir çox vasitələrdən istifadə etməklə axıra qədər getməisiniz. Ən azından mənim nümunəm göz qabağındadır”, – deyə amerikalı aşpaz bildirib.
Gununsesi.info