Fransa səfiri hüquq müdafiəçilərini qəbul edib

“Müdafiə Xətti” İnsan Hüquqlarının Müdafiəsi Təşkilatının təsisçiləri Zaur Əkbər və Rüfət Səfərov Fransanın Azərbaycandakı səfiri Gross Zacharie ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya danışan Zaur Əkbər deyib ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, insan haqlarının durumu, habelə regionda yaranmış son durum ətrafında geniş fikir mübadiləsi aparılıb.

Gununsesi.info