
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson İcmalar Palatasındakı ilk çıxışında Putinə “ilhamverici” liderliyinə görə təşəkkür edib. Bundan dərhal sonra dilinin sürüşdüyünü görən Conson, “Təşəkkür edirəm, Volodymyr Zelenskiy” dedi.
Gununsesi.info xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson İcmalar Palatasındakı çıxışında Ukrayna prezidenti Vladimir Zelenskiyə təşəkkür etmək istəyib və Rusiya prezidenti Vladimir Putinə “ilhamverici liderliyinə” görə təşəkkür edib.
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson baş nazir postunu tərk etdikdən sonra ilk dəfə İcmalar Palatasında Mühafizəkar deputat kimi çıxış edib.
Çıxışında Rusiyanın Ukraynaya hücumlarına toxunan Conson işğala uğurla müqavimət göstərən Vladimir Putinə “ilhamverici liderliyinə” görə təşəkkür edib.
Açıqlamalarından dərhal sonra səhvini anlayan Conson “Volodomir Zelenskiyə təşəkkür edirəm, məni bağışla” deyib.
Gununsesi.info