
“Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun həbsindən sonra onun özü və yaxınlarına məxsus təxminən 70 milyonluq əmlakların üzərinə həbs qoyulub.
Gununsesi.info xəbər verir ki, onlar arasında məşhur Bakı Oksford Məktəbi də var.
Ölkənin ən zəngin ailələrinin övladlarının təhsil aldığı orta məktəbdə 600-ə yaxın şagird var. Rasim Məmmədovun sahibi olduğu Bakı Oksford Məktəbinin təsisçisi isə onun həyat yoldaşı Mehriban Məmmədovadır.
185 milyonluq yeyintidə suçlanan Məmmədovun işində zərərçəkmiş statusunda onun vaxtilə rəhbərlik etdiyi “Baku Steel Company” tanınıb.
Bu şirkətin nümayəndəsi də keçmiş zavod rəhbərinin işi üzrə məhkəmə prosesində iştirak edir.
Cinayət işinin materiallarında iddia olunur ki, Məmmədovun əməlləri nəticəsində “Baku Steel Company”nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə ziyan dəyib.
Elmar Elnuroğlu
Gununsesi.info