Ceyhun Bayramov BQXK prezidenti ilə görüşdü - FOTO

İsveçrədə işgüzar səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) prezidenti Mirjana Spolyariç Eggerlə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.

Görüş zamanı regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən çağırışlar və gələcək perspektivlər müzakirə olunub.