
Amerika Birləşmiş Ştatları Nyu-Yorkdakı Türk Evinin qarşısında müsəlmanların müqəddəs kitabı olan “Quran”a edilən hücumu qınayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerikanın Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Nazirlik “Quran”a edilən bu davranışı “iyrənc” və “müqəddəs kitablara qarşı hörmətsilik” olaraq adlandırıb.
Bu cür hücumların artmasından Amerikanın narahatlıqları ifadə edilib.
Amerikanın Xarici İşlər Nazirliyi nifrət əməllərini qınayaraq bu cür addımların fərdlərə zərər verəcəyini vurğulayıb
Nazirlik dini azlıqlar üçün əhatələyici bir mühitin yaradılmasına yönələn cəhdlərin lazım olduğunu bildirib.
Müsəlmanların müqəddəs kitabı olan “Quran”a edilən hücumlarla bağlı “sülhpərvər və açıq dialoq” çağırışı edib.
Xatırladaq ki, Türkiyənin Nyu-Yorkdakı Baş konsulluğunun (Türk Evi) qarşısına gələn bir nəfər əlindəki “Quran” kitabını yerə atmış, sonra ayaqları altına alaraq təpikləmişdi.
Polislərin müdaxiləsindən sonra hücumçu ərazidən uzaqlaşdırılmış və aidiyyatı qurumlara məlumat verilmişdi.
Tərcümə: Arzu