
Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindəki “seçkilər”i pisləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.
“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma “seçkilər” keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, – Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Mümtaz Zəhra Bəluç Azərbaycan ərazisində keçirilən qondarma “seçkilər”lə bağlı sualı cavablandırarkən deyib.
Gununsesi.info