Hökumət AXCP -yə qurultay üçün yer ayırıb

“AXCP-nin növbəti qurultayının keçirilməsi üçün müvafiq zalın verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığım müraciətə üç həftədən sonra şifahi cavab verdilər.

Bu gün təklif olunan Maştağa qəsəbəsindəki Mədəniyyət Evinə baxdıq. Məlum oldu ki, həmin zal cəmi 250 nəfərlikdir”.

HTML tutorial

Bunu Gununsesi.info-ya açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib: “Zəng edərək bildirdim ki, qurultayda iştirak edəcək nümayəndəlik norması partiyanın Ali Məclisinin sessiyasında müəyyən olunur.

Hazırda rayon şöbələrində keçirilən konfranslarda seçilən nümayəndələriin sayı 400 nəfərdən artıqdır. Təbii ki, biz yerlərin məhdud olduğuna görə iştirakçıların sayını azalda bilmərik. Bu səbəbdən də digər müvafiq yerin verilməsi zəruridir. İnanmaq istəyirəm ki, bu təklifimiz qəbul olunacaq”.

 

Afət Abbasova

Gununsesi.info