Azərbaycan iqtisadiyyatı bu il 1,7% azalıb

Azərbaycan iqtisadiyyatı bu il 1,7% azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7% azalaraq 27 479,9 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Gununsesi.org-a verilən məlumata görə, hesabat dövründə qeyri-neft ÜDM-i 2,1% azalaraq 18 227,5 mln. manata enib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 759,9 manata bərabər olub və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% azalıb.

Gununsesi.org

COMMENTS