Almaniyaya gedən ictimai fəal hava limanından geri qaytarıldı

  • By admin
  • 24 Oktyabr 2023 15:48

Gənc ictimai fəal Ruslan Nəsili Almaniya paytaxtı Berlin  hava limanından geri qaytarılıb.

Bu barədə Rövşən Nəsirli Gununsesi.info-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, alman polisi ondan üzərində nə qədər vəsait olmasını soruşub. 

Ancaq onun pulu kart hesabında olduğundan nağd şəkildə göstərə bilməyib və buna görə də onu geriyə qaytarıblar:

“Deyirəm, soruşdun nə qədər pulun var, mən də dedim. Deyir ki,  bəs göstərmədin.  Viza ilə gəlmişəm vizasız gələnə deyə bilərsən ki,  göstər mənə pulunu. Vizanı alanda sənin dövlətinə rəsmi bank arayışı verirəm və  ondan sonra viza alıram. Axırda bank uyğulamasından da açdım göstərdim. Bildirdi ki, artıq qərar vermişik”.
Afət
Gununsesi.info