Almaniya İsveçdə Quranın yandırılmasını pisləyib

  • By admin
  • 23 Yanvar 2023 19:41

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner, Berlində keçirilən mətbuat konfransında Türkiyənin İsveçdəki səfirliyinin qarşısında Qurani-Kərimin yandırılmasını qınayıb.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, XİN sözçüsü “Həftə sonu baş verən aksiyanı qınayırıq. Bu, hörmətsizlik və son dərəcə yersiz idi” deyildirib.

HTML tutorial

Vaqner, bu hərəkətin İsveçdəki əksəriyyət cəmiyyətinin baxışını ifadə etdiyinə də şübhə etdiklərini söylədi.

Bu cür təxribatların parçalanmalara səbəb olduğunu dilə gətirən Vaqner, onlara daha çox həmrəylik və birliklə cavab vermək lazım olduğunu bildirib.

Nümayiş və ifadə azadlığı kimi din və inanc azadlığının da Almaniya hökuməti və Avropadakı tərəfdaşlarının dünya miqyasında əldə etməyə çalışdıqları yüksək dəyər kimi insan hüququ olduğunu vurğulayan Vaqner Türkiyə və İsveçin Avropa Şurasının üzvü olduğuna diqqət çəkib.

 

Tərcümə:

Mais