
Gürcüstan Ukraynaya hərbi yardım etməyəcəyini bildirib. Gürcüstan silahlı münaqişəyə cəlb olunmaq istəmədiyi üçün Ukraynaya hərbi yardım etməyəcəyini bildirib.
Gununsesi.info bildirir ki, bunu baş nazirin müavini Teya Tsulukiani deyib.
O, deyib ki, Gürcüstanın belə addım atmağının səbəbi Rusiya ilə yenidən münaqişəyə cəlb olunmamaq istəyidir.
Teya Tsulukianin sözlərinə görə, Gürcüstan çoxlu silahlı münaqişələr yaşayıb və hakimiyyət bunun qarşısını almağı öz ali vəzifəsi hesab edir.
Bu yaxınlarda olan məlumatlara görə , Kiyev 2008-ci ildə Gürcüstana təhvil verdiyi “Buk” komplekslərini Tbilisidən qaytarmağı xahiş edib.
Bu müraciətə cavab olaraq Gürcüstan Müdafiə Nazirliyi respublikanın “Buk”u təmənnasız almadığını, əksinə, bu hərbi komplekslərini çoxmilyonluq müqavilə əsasında alıb.
Tərcümə Adil Elxanoglu