Bu deputatların partiyası 5 min üzvü toplaya biləcəkmi? - LİDERLƏRİ DANIŞIR

  • By admin
  • 16 Yanvar 2023 16:19

Xəbər verdiyimiz kimi, “Siyasi partiyalar haqqında” yeni qanun artıq qüvvəyə minib.

Bir çox ekspertlər hesab edir ki, yeni qanundakı 5 min üzvü tələbi partiyalar üçün çətinliklərə səbəb olacaq.

HTML tutorial

Bəs görəsən, ölkənin siyasi partiyaları bunu bacara biləcəkmi? 

Gununsesi.info-nun əməkdaşı bu suallara aydınlıq gətirmək üçün  onların bəzilərinə müraciət edib.

AVP sədri, deputat  Fəzail Ağamalı saytımıza açıqlamasında bildirib ki, rəhbəri olduğu təşkilat üçün 5 min üzv tələbi problem deyil: “Bizim hər hansı bir çətinliyimiz yoxdur. Ana Vətən Partiyası uzun illərdir ki, Azərbaycan siyasətində var. Amma buna baxmayaraq, biz yeni qanuna uyğunlaşmaq üçün üzərimizə düşən addımları atırıq. Proses demək olar ki, yekunlaşıb. Tələb olunan sayda üzvlərimiz var və biz onları reyestrə təqdim edəcəyik”.

Böyük Quruluş Partiyasının sədri , deputatFazil Mustafa isə deyib ki, siyasi partiya fəaliyyət göstərmək istəyirsə, yeni qanuna uyğunlaşmalıdır: “Hər bir partiyanin 5 min rəsmi üzvünün olmasi məcburiyyət halına gətirilib.  Bu məsələ artıq müzakirə olunub , qanun da qəbul olunub. Bu qanunla bağlı heç bir çətinliyimiz yoxdur. Butun üzvlər qanuni şəkildə yoxlanılacaq  və reyestrə daxil ediləcək.
Hesab edirəm ki, qanunda tələb olunan  5 min nəfər üzv toplaya bilmirsə,  bu artıq həmin partiyanın qabiliyyətsizliyini nümayiş etdirir”.

Fazil Mustafa rəhbəri olduğu partiyanın 65 rayon-şəhər təşkilatının olduğunu vurğulayaraq, əlavə edib ki, yeni rayon təşkilatlarının da təsis olunması istiqamətində iş aparılır: “Bizim üçün hər hansı bir mətinlik olmayacaq. Hər rayonda 100 nəfər üzv olduğu halda bu say artıqlaması ilə düzəlir”.

 

Adil Elxanoğlu

Gununsesi.info