
“Aİ Moskvada “Crocus City Hall” binasında terror aktı ilə bağlı xəbərlərdən şokdadır və dəhşətə gəlib”.
Gununsesi.info xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano sosial media hesabında paylaşıb.
“Aİ mülki şəxslərə qarşı istənilən hücumu pisləyir. Düşüncələrimiz zərərçəkmiş bütün Rusiya vətəndaşları ilədir”.
Gununsesi.info