Moskvadakı terror aktı ilə bağlı Ağ Evdən REAKSİYA

Rusiyanın işğalına qarşı mübarizə aparan Ukraynanın Moskva yaxınlığındakı konsert salonuna hücumda əli olduğuna dair heç bir əlamət yoxdur.

Gununsesi.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Atışmada Ukraynanın və ya ukraynalıların iştirak etdiyinə dair hələ heç bir əlamət yoxdur”, – deyə Kirbi jurnalistlərə bildirib.

“İndiki mərhələdə mən sizə Ukrayna ilə hər hansı əlaqə axtarmağı məsləhət görməzdim”, o vurğulayıb.

Ağ Ev Moskvadakı hücuma cavab verərək bildirib ki, Rusiya paytaxtında baş verən atışmanın görüntüləri “dəhşətlidir və sadəcə izləmək çətindir”.

 

Gununsesi.info