Aİ-nin Ədalət Məhkəməsi Yanukoviç və oğluna qarşı sanksiyaları ləğv etdi

Avropa İttifaqının Ədalət Məhkəməsi keçmiş prezident Viktor Yanukoviç və oğlu Aleksandrın iddiasını təmin edib və Aİ Şurasının 2021-ci il martın 4-də onlara qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məhkəmə qərarlarında deyilir.

Avropa İttifaqı Ədalət Məhkəməsinin demək olar ki, eyni qərarlarında bildirilir ki, Şura Yanukoviçlərə qarşı sanksiyalarla bağlı qərar verərkən onların Ukrayna tərəfindən təqdim etdiyi əsasları düzgün yoxlamayıb.

Məhkəmə  Avropa İttifaqı Şurasının 2021-ci ilin martında kiçik Yankukoviçə qarşı sanksiyalar haqqında qərarını, həmçinin bu sanksiyaların bir il müddətinə uzadılması ilə bağlı 2022-ci ilin martında qəbul etdiyi qərarın ləğv edilməsinə qərar verib.

Xatırladaq ki, bu, Aİ Ədalət Məhkəməsinin ilk belə qərarı deyil. O, artıq Avropa İttifaqı Şurasının 2019 və 2020-ci illər üçün qərarlarını ləğv edib. 2022-ci ilin sentyabrında Şura Yanukoviçləri bu sanksiya siyahısından çıxarıb.

Eyni zamanda, Yanukoviçlər Aİ-nin 2022-ci il avqust tarixli başqa bir sanksiya qərarına tabedir və hələ ki, şikayət verilməyib. Belə ki, onlar hələ də Avropa İttifaqında aktivlərə sahib olmaq və onun ərazisinə daxil olmaq üçün qadağalara məruz qalırlar.

Son illərdə Avropa Birliyi Ukrayna müstəntiqlərinin onlara qarşı kifayət qədər sübut olmadığı üçün Yanukoviçin prezidentliyi dövründəki məmurlara qoyulan məhdudiyyətləri aradan qaldırmağa başlayıb. Viktor Yanukoviçin özü də daxil olmaqla, 18 nəfərdən 7-si sanksiya siyahısında qalıb.

“Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin ətrafından olan şəxslərə qarşı Aİ-nin sanksiyalarını saxlamaq üçün Ukraynada onlara qarşı işlərin araşdırılmasında dəyişiklik lazımdır”, xarici işlər naziri Dmitri Kuleba bildirib.

Gununsesi.info