
Bir çox hallarda şahidlərin məhkəmə prosesinə və istintaqa gəlməyə maliyyə vəsaitləri olmur. Şahidin məhkəməyə və istintaqa gəlməyə pulu yoxdursa, nə etməlidir?
Bu barədə Gununsesi.info-ya açıqlamasında vəkil Vamiq Şükürov bildirib ki, hər hansı cinayət və ya mülki işlərə baxılan zaman vətəndaşlar şahid qismində məhkəmə və ya istintaq orqanına çağırılır.
“Şahidlik etmək şəxsən bizə hər hansı maddi üstünlük vermir. Əksinə, şahidlik etmək üçün məhkəməyə və ya istintaq orqanına gedərkən nəqliyyat, otel və yemək xərcləri çəkmiş oluruq. Qanunlara əsasən, şahidin cinayət və ya mülki prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə görə kompensasiya almaq lazımdır”, – deyə o əalvə edib.
Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilib: “Şahidlərə məhkəməyə gəlməklə əlaqədar ödənilən məbləğ onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir”.
Gununsesi.info