Ağsu dolaylarında asfalt çöküb

Ağsu dolaylarında asfalt çöküb, yolun hər iki istiqamətində yol bağlanıb.

 

Gununsesi.info xəbər verir ki, son günlər yağan güclü leysan yağışlarıdan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.

 

Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib.

 

Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər.

 

Hazırda ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.

Gununsesi.info