
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.
Gununsesi.info Qaynarinfo-ya istinadən xəbər verir ki, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb.
Məsələ ilə bağlı danışan H.Abutalıbov Almaniyada müalicə olunmaq üçün getdiyini təsdiqləyib: “Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacam”.
Gununsesi.info