Ağacları kəsən şəxs cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonu Xanərəb kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Publika.az-a bildirib ki, araşdırma zamanı ağacların Bərdə rayon sakini Əfqan Məmmədov tərəfindən kəsildiyi və təbiətə 13 600 manat məbləğində ziyan dəydiyi məlum olub:

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilib”.

Gununsesi.info