Abşeronda avtomobil yolu keçmək istəyən piyadanı vurdu

  • By admin
  • 17 Oktyabr 2021 09:31

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə “Riyad” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.

Avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Mirzağayev Elşad Rəsul oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub.

E.Mirzağayevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info