Putin Əliyevlə görüşəcəyini açıqladı

  • By ilhame
  • 11 Oktyabr 2023 20:15

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Qırğızıstanda MDB sammiti çərçivəsində görüş keçirməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, Putin bu barədə Rusiya energetika həftəsinin plenar iclasında bildirib.

“Mən Qırğızıstanda MDB sammiti çərçivəsində Prezident Əliyevlə görüşəcəyəm”, – Rusiya lideri vurğulayıb.

Gununsesi.info