
Noyabrın 10-da Qarabağla bağlı əldə olunmuş razılaşma regionda uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcək.
Gununsesi.org Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onlayn iclası zamanı deyib.
O bildirib ki, bu razılaşma tarixi sənəddir:
“Prezident Vladimir Putinin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı vasitəçiliyi yüksək qiymətə layiqdir. Rusiyanın fəal iştirakı ilə əldə olunmuş razılaşma yaranmış vəziyyətdə yeganə düzgün həll yolu idi”.