Şəmsəddin Xanbabayevə yeni vəzifə verildi

Şəmsəddin Xanbabayevə yeni vəzifə verildi

Prezident İlham Əliyevin sərəncamı ilə Xaçmaz rayon icra hakimiyyəti başçısı vəzifəsindən çıxarılan Şəmsəddin Xanbabayev yeni vəzifəyə təyin olunub.

Gununsesi.org-un verdiyi xəbərə görə, 81 yaşlı Ş.Xanbabayev bu gün Yeni Azərbaycan Partiyasının Xaçmaz rayonun təşkilatına sədr təyin olunub.

Qeyd edək ki, Xaçmaz RİH-yə Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev təyin edilib.

 

Gununsesi.org

COMMENTS