ABŞ-dan Ukraynaya 275 milyonluq hərbi dəstək

ABŞ administrasiyası Ukraynaya növbəti hərbi yardımı paketini təqdim etməyə hazırlaşır.

Gununsesi.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, yardım paketi hava hücumundan müdafiə sistemini möhkəmləndirmək və PUA-ya qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş avadanlıq daxil olmaqla, 275 milyon dollar həcmindədir.

HTML tutorial

Amerikanın Ukraynaya HIMARS reaktiv yaylım atəşi sistemləri, zirehli “Humvee” və enerji generatorları üçün sursat verməsi gözlənilir.

Gununsesi.info