
İran İslam Respublikası daxildə etirazların qanlı şəkildə yatırılması ilə eyni vaxtda, ölkədə vəziyyətin pisləşəcəyi və rejimin devrilməsi ehtimalının artacağı təqdirdə, Tehran rəsmilərinə və onların ailələrinə sığınacaq vermək üçün xarici müttəfiqlər, o cümlədən Venesuela ilə danışıqlara başlayıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Qərb diplomatik mənbələri “Iran International”-a bildiriblər.
Məlumata görə, bu il oktyabrın sonunda Tehran Respublikasının dörd yüksək rütbəli rəsmisi Venesuelaya səfər edərək, bu ölkədən İranın yüksək vəzifəli şəxsləri və onların ailə üzvlərinin Venesuelaya sığınmalarına icazə verilməsini istəyib.