
ABŞ Əfqanıstandakı səfirliyini bağlayır.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan məlumat verib.
O, ABŞ-ın Əfqanıstandakı səfirliyinin sentyabrın 1-dən bağlanacağını bildirib.
“Kabilə hücumlar təşkil edən “İŞİD Xorasan” digər əməliyyatlar da həyata keçirə bilər”, – Sallivan vurğulayıb.
Ceyk Sallivan “Taliban”ın ABŞ-a və tərəfdaşlarına 31 avqustdan sonra təhlükəsiz bir şəkildə çıxış vəd etdiyini açıqlayıb.
Gununsesi.info