ABŞ-də qar fırtınası: Ölənlərin sayı otuz nəfərə çatıb

ABŞ-də qar fırtınası nəticəsində ölənlərin sayı otuz nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Associated Press” xəbər yayıb:

“Ölənlər arasında Massaçusets və Ohayo ştatlarında qar təmizləyən maşınların vurduğu iki nəfər, eləcə də Arkanzas və Texasda xizək sürərkən həlak olan yeniyetmələr də var”.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, həftəsonu Nyu-York küçələrində səkkiz cəsəd tapılıb.

Gununsesi.info