Şəhid kapitan Şirbala Hüseynovun atası Hüseynbala Hüseynov vəfat edib.
Gununsesi.info xəbər verir ki, Ş.Hüseynov Vətən müharibəsi zamanı, 2 oktyabr 2020-ci ildə şəhid olub.
Qeyd edək ki, o, Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və “Rəşadət” ordeni ilə təltif edilib.













