Rubinyan AŞPA-nın vitse-prezidenti seçildi

Ermənistan parlamentinin sədr müavini və ölkənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA)  nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan AŞPA-nın vitse-prezidenti seçilib.

Gununsesi.info  xəbər verir ki, Rubinyan bu barədə Facebook səhifəsində yazıb.

“Mən Ermənistana ayrılan kvota çərçivəsində AŞPA-nın vitse-prezidenti seçildim”, – deyə o qeyd edib.

 

Gununsesi.info