Petra Bayr AŞPA-nın yeni prezidenti seçildi

Avstriya Sosial Demokrat Partiyasından olan Petra Bayr bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.

Gununsesi.info xəbər verir ki, bu barədə AŞPA rəsmi məlumat yayıb.

Səsvermənin birinci turunda Petra Bayr digər namizəd Viktoriya Tiblomu (İsveç, ALDE) 50 səslə məğlub edərək 164 səs toplayıb və mütləq çoxluğu təmin edib.

Bayr, 2024-cü ilin yanvarından vəzifədə olan Teodoros Rousopoulosdan (Yunanıstan, EPP/CD) sonra AŞPA-nın 36-cı prezidenti olub. O, Peter Schieder (2002–2005) və Karl Czernetzdən (1975–197?) sonra üçüncü Avstriya vətəndaşıdır və bu vəzifəyə seçilən beşinci qadındır.

Çıxışında Petra Bayr İnsan Hüquqları üzrə Avropa Konvensiyasının əhəmiyyətini vurğulayıb və demokratik dəyərlərin qorunmasının vacibliyini qeyd edib:

“Demokratik nailiyyətlərin artan təzyiq altında olduğu və fərdlərin yalnız inanclarına görə azadlıqdan məhrum edildiyi hər yerdə Avropa Şurası ədalətsizlik qarşısında heç vaxt susmamalıdır”.

O, həmçinin üzv dövlətlərdə dil və mədəni azlıqların, ifadə azadlığının, qadınların hüquqlarının qorunmasının, təhsilə bərabər çıxışın və iqtisadi-mədəni müstəqilliyin tərəfdarı olduğunu bildirib:

“Mən burada üzv dövlətlərimizdəki dil və mədəni azlıqların, öz hüquqlarını müdafiə edənlərin, senzura və qorxu olmadan ifadə azadlığının, təhsilə bərabər çıxışın və qadınların zorakılıqdan azad olduğu, iqtisadi cəhətdən müstəqil, siyasi cəhətdən təmsil olunduğu Avropanın tərəfdarıyam”.

 

Elmar

Gununsesi.info