
Bu gün güclü qar yağması nəticəsində Lerikin rayonunun Hücü və Dico kəndlərinə gedən elektrik naqillərində qəza baş verib və elektrik enerjisinin verilişində fasilə yaranıb.
“Azərişıq” ASC -dən verilən məlumata görə, artıq həmin kəndlərdə elektrik enerjisi bərpa edilib.
Qarlı, şaxtalı havada dağlıq ərazidə yerləşən kəndlərə avtomobillə hərəkət etmək mümkün olmayıb. Bu səbəbdən “Azərişıq” əməkdaşları mal-material təchizatı ilə birlikdə 8 km-lik yolu piyada qət edərək baş vermiş qəzanı aradan qaldırıblar.
Qeyd edək ki, Hücü kəndinin 8, Dico kəndinin 25 abonenti var.
Gununsesi.info