
Fələstinin FƏTH hərəkatının keçmiş liderlərindən biri, son 10 ildə Birləşmiş Ərəb Əmirliklərində mühacirətdə olan Məhəmməd Dahlan da HƏMAS və İsrail arasında müharibədən sonra Qəzzanın idarəçiliyi üçün adı çəkilənlər arasındadır.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Fələstindən ayrıldıqdan sonra Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məskunlaşan və BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed ən-Nəhyanın təhlükəsizlik müşaviri vəzifəsində çalışan Dahlan Türkiyəyə yaxşı tanış olan adamdır.
Məhəmməd Dahlan FETÖ-nün 2016-cı il 15 iyul çevriliş cəhdini həyata keçirməklə bağlı hərbi və siyasi casusluq kimi ittihamlarla Türkiyənin terrorla bağlı axtarışda olanlar siyahısında qırmızı kateqoriyaya daxil edilərkən gündəmə gəlib.
Türkiyə mətbuatında çıxan xəbərlərdə Sedat Pekerin BƏƏ-də məskunlaşmasında Məhəmməd Dahlanın rolu olduğu iddia edilib.
Dahlan kimdir?
1961-ci ildə Qəzzanın Xan Yunis qəsəbəsində anadan olan Dahlan FƏTH hərəkatındakı fəaliyyətinə görə gənc yaşlarında İsrail həbsxanaları ilə tanış olub. Dahlan İsrail həbsxanalarında ivrit dilini öyrənib.
AFP-nin dərc etdiyi xəbərə görə, hazırda iş adamı kimi fəaliyyət göstərən və region ölkələri tərəfindən yaxşı tanınan Dahlan HƏMAS-ın Qəzzadan qovulması halında Qəzzada HƏMAS-ın idarəçiliyi üçün adı çəkilənlər arasındadır.
AFP-nin məlumatına görə, o, uzun müddətdir Qəzzada olmasa da, Dahlan onun idarə olunmasında ən çox söz sahibi olacaq şəxslər sırasındadır.
“France24” telekanalının İsrail təmsilçisi Stefan Amar 1987-1993-cü illər arasında İordan çayının qərb sahili və Qəzzada İsrail işğalına qarşı başlatılan ilk intifada hərəkatının mühüm qəhrəmanlarından biri olan Dahlanı ABŞ və İsrailin də dəstəklədiyini bildirib.
Parisdəki Siyasi Elmlər Fakültəsinin Yaxın Şərq üzrə eksperti professor Frederik Ensel bildirib ki, “Dahlan İsraillə uyğundur, o, iki dövlətli həlli qəbul edən və zorakılıq çağırışlarını dayandıran ilk Fələstin liderlərindən biridir”.
Oslo danışıqlarında Fələstin nümayəndə heyətinin tərkibində olub
Dahlan 1993-cü ildə İsrail ilə Fələstin Azadlıq Təşkilatı (FƏTH) arasında nəticəsiz sülh prosesi kimi görülən Oslo razılaşması danışıqlarında iştirak edərkən İsraillə danışıqlarda iştirak edib.
Encel isə İsraillə münasibətlərinin bütün fələstinliləri qane etmədiyini ifadə edərək, Dahlanın “Fələstinin Mandelası” adlandırılan Mərvan əl-Bərquti kimi adların populyarlığına heç vaxt çata bilməyəcəyini bildirib.
Fələstin müqavimətinin simvolik simalarından biri və 20 ildir İsrail tərəfindən həbsdə saxlanılan “Fələstin Mandelası” Mərvan əl-Bərquti FƏTH qurultayında ən çox səs toplayan, 5 dəfə ömürlük həbs cəzasına məhkum edilmiş və təkadamlıq kameraya salınaraq ictimaiyyətlə əlaqə saxlamasına mane olmuş, uğurları və Fələstin parlamentinə seçilməsi ilə tanınır.
FƏTH hərəkatındakı fəaliyyətinə görə gənc yaşlarında 11 dəfə həbs olunan və İsrail həbsxanaları ilə tanış olan Dahlan girdiyi İsrail həbsxanalarında ivrit dilini öyrənib.
Xarici mediada yayılan məlumatlara görə, “Mərvan əl-Bərquti qədər bəyənilməsə də, Dahlanın başqa taktiki üstünlükləri var və xüsusən də münaqişənin bütün tərəflərində olan insanlarla xüsusi əlaqələri var”.
1993-cü ildə Oslo razılaşmasından sonra Qəzzada qurulan 20 min nəfərlik Fələstin Preventiv Qüvvələrinin rəhbəri olan Dahlan CIA və Mossad, ərəb və Qərb kəşfiyyat xidmətləri ilə davamlı əlaqəyə girib, daha sonra Fələstin lideri Yasir Ərəfata qarşı rəqabət aparmağa başlayıb.
Dahlanın rəhbərlik etdiyi qabaqlayıcı qüvvələrin həbsxanada Həmas üzvlərinə işgəncə verdiyi iddiaları və əldə etdiyi güclə Qəzza “Dəhlanistan” adlandırılmağa başlayıb.
ABŞ və İsraillə “şübhəli” münasibətlər quran Dahlan İsrailin Qəzzanı işğalı zamanı qanlı siyasi gedişlərlə mövqeyini daha da gücləndirməyə davam edib.
Dahlanın “öz idarəsi altında olan şəxsi ordusu üçün Həmas və digər İslam qruplarına qarşı istifadə etmək üçün ABŞ və İsraildən silah aldığı” iddiaları da böyük əks-səda doğurub.
HƏMAS-a qarşı döyüşdü
2005-ci ildə İsrailin Qəzzadan çəkilməsindən və HƏMAS-ın qələbəsi ilə nəticələnən 2006-cı il seçkilərindən sonra Dahlan HƏMAS-a qarşı FƏTH hərəkatının sıralarında “qanlı daxili qarşıdurmaya” başlayıb.
İordan çayının qərb sahilinə köçdükdən sonra Dahlan Həmas-FƏTH qarşıdurmasında gərginliyi artıraraq ABŞ və İsrailə xidmət etməkdə günahlandırılıb. Dahlana qarşı müxtəlif ittihamlar irəli sürən İordan çayının qərb sahilindəki Fəth hərəkatının üzvləri, Qəzzadakı Dahlanın əzəli rəqibi Həmas lideri İsmayıl Haniyə də sui-qəsd cəhdlərinə məruz qalıb.
ABŞ-da nəşr olunan “Vanity Fair” jurnalı 2006-cı ildə HƏMAS-ın seçkilərdə qələbəsindən sonra Həmas-ı hakimiyyətdən uzaqlaşdırmaq üçün Vaşinqton administrasiyasının hazırladığı sui-qəsdin mərkəzində Dahlanın olduğunu bildirib.
Mahmud Abbasın yaxın ətrafı onu bəyənmir?
Dahlan Fələstin prezidenti Mahmud Abbasın yaxın ətrafının bəyənmədiyi şəxs kimi tanınır.
Mahmud Abbas 2011-ci ildə Dahlanı öz yaxın ətrafına qarşı sui-qəsdlər təşkil etməkdə ittiham etdikdən sonra sürgün etmək qərarına gəlib.
Onun barəsində “Ərəfatı öldürdüyü və vəzifədə olduğu müddətdə mənimsədiyi pullarla sərvət qazandığı” iddiaları ictimaiyyətdə qızğın müzakirə olunub.
Dahlan da 2016-cı ildə onun yoxluğunda Fələstin məhkəməsi tərəfindən korrupsiya ittihamı ilə məhkum edilib.
Birləşmiş Ərəb Əmirliklərində sürgündə olan Dahlan yüksək yerlərdə təsirli beynəlxalq dostlar şəbəkəsi quraraq özünü uğurlu iş adamı kimi göstərdi.
BƏƏ vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl Nəhyan 1993-cü ildən tanıdığı Dahlanı “qardaşı” kimi təqdim edərək, Fələstinli siyasətçi və iş adamının himayəsinə götürüb.
Dahlan BƏƏ-də olduğu müddətdə Misir prezidenti Əbdülfəttah Sisi ilə onların ortaq düşməni Fələstin HƏMAS-ın davamı olan Müsəlman Qardaşlar vasitəsilə əlaqələr qurub.
“Le Monde” qəzetinin yazdığına görə, BƏƏ “Müsəlman Qardaşları” ilə mübarizədə Dahlandan subpodratçı kimi istifadə etməyi də diqqətdən kənarda qoymayıb.
Serbiya vətəndaşlığı niyə verildi?
Fransız mətbuatı Dahlana BƏƏ-nin Serbiyaya yatırdığı sərmayələrdə mühüm rol oynadığı səbəbiylə Serbiya vətəndaşlığı verildiyini yazıb.
Eyni şəkildə BƏƏ-nin fəal tərəf olduğu Liviyada ölkənin şərqində Əbu-Dabi administrasiyası ilə silahlı lider Xəlifə Haftar arasında əlaqəni təmin edən şəxsin Dahlanın olduğu iddia edilib.
BƏƏ-də aldığı dəstək sayəsində Dahlan Qəzzada geniş yardımı paylamağa imkan verən biznes portfeli inkişaf etdirib.
“The Economist”ə verdiyi müsahibədə Dahlan BƏƏ-dən Qəzzaya ildə təxminən 50 milyon dollar göndərdiyini və İordan çayının qərb sahilindəki qaçqın düşərgələri üçün dəstək şəbəkəsi qurduğunu iddia edib.
Dahlan son illərdə Qəzzada ərzaq, tələbə kreditləri və işsizliyə dəstək vermək üçün BƏƏ fondlarından istifadə edib və həmçinin 2021-ci ildə minlərlə Covid peyvəndi paylayıb. Bu rəqəm Fələstin Administrasiyasının verdiyindən çoxdur.
Paris Siyasi Elmlər Fakültəsinin Yaxın Şərq üzrə eksperti professor Frederik Encel qeyd edib ki, “Dahlan xaricdə yaşamasına baxmayaraq Qəzzada güclü fiqur olaraq qalır və Qəzzanın yenidən qurulması zamanı gələndə Birləşmiş Ərəb Əmirlikləri də mühüm rol oynayacaq”.
Keçmişdə Fələstin liderliyinə namizəd ola biləcəyinə eyham vursa da, Dahlan keçən ay “The Economist”ə verdiyi müsahibədə bu vəzifəyə namizədliyini təkzib etmişdi.
Əvəzində o, Fələstini yenidən birləşdirmək üçün “Qəzza və İordan çayının qərb sahilindəki texnokratlar tərəfindən idarə olunan administrasiya ilə iki illik keçid dövrü” təklif edib, ardınca isə bildirib ki, HƏMAS da daxil olmaqla bütün partiyalar üçün açıq parlament seçkiləri keçirilsin.
“Həmas yox olmayacaq” deyən Dahlan, yeni seçilmiş hökumətin Misir, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ kimi ərəb ölkələri tərəfindən dəstəklənə biləcəyini, lakin İsrail də daxil olmaqla daha geniş beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməli olduğunu söyləyib.
Belə bir həllin mümkün olduğuna optimist qaldığını bildirən Dahlan davam edən münaqişələrin Fələstin məsələsi ətrafında müzakirələri yenidən alovlandırdığını və “sıfır ümid” dövrünü bitirdiyini söyləyib.
Gununsesi.info