İranın xarici işlər naziri Abbas Əraqçi BRICS ölkələrinin XİN rəhbərlərinin toplantısında iştirak etmək üçün Hindistanın paytaxtına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Hindistan XİN-in rəsmi nümayəndəsi Randhir Caysval “X” sosial şəbəkəsində məlumat verib.
“BRICS ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Yeni Dehliyə gələn İranın xarici işlər naziri Abbas Araqçini səmimiyyətlə salamlayırıq”, – deyə o yazıb.
Bir neçə saat əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Yeni Dehliyə gəlib. Axşam saatlarında o, hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə danışıqlar aparıb.












