Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınıb.
Gununsesi.org Bakupost-a istinadən xəbər verir ki, F.Heydərov 116 saylı Qəbələ seçki Dairəsindən namizəd olub.
Qeyd edək ki, F. Heydərov 1995-ci ildən bu yana – 5 çağırışdır Milli Məclisdə təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.
82 yaşlı F.Heydərovun yaşlı namizəddir. F. Heydərovdan sonra 78 yaşlı, 23 saylı Nəsimi- Səbail Seçki Dairəsindən namizəd olan Ziyad Səmədzadə gəlir.
COMMENTS