Yüzlərlə adam qatara yarı çılpaq mindi – FOTOLAR

Yüzlərlə adam qatara yarı çılpaq mindi – FOTOLAR

Bu il də yüzlərlə ingilis “Metroda şalvarsız gün” aksiyasında iştirak edib.

Gununsesi.org  xarici mətbuata istinadla xəbər verir ki, bu gün səhər saatlarında Londonda yaşayan yüzlərlə şəxs alt paltarında metroya daxil olub.

Aksiyada iştirak edən kişilər və qadınlar metroya daxil olan kimi əyinlərində olan şalvar, şortik və ya ətəyi çıxarıb, alt paltarında qatara miniblər.

Aksiyaya “Chinatown”dan başlayan iştirakçılar müxtəlif qruplara bölünərək bir neçə stansiyada olublar. “Waterloo” stansiyasındakı aksiya iştirakçıları şalvarsız halda rəqs də ediblər.

Qeyd edək ki, aksiyanın məqsədi yanvar ayının depressiyasından qurtulmaqdır. Bu aksiyanın vətəni Nyu-Yorkdur. Belə ki, ilk dəfə 2002-ci ildə Nyu-Yorkda belə aksiya təşkil olunub.

 

Gununsesi.org

COMMENTS