8 aylıq körpəsi ilə birgə qətlə yetirilən Leyla tələbə imiş - FOTO

Ötən gün Abşeronda əri tərəfindən qətlə yetirilən Hüseynli Leylanın tələbə olduğu müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, 20 yaşlı Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub.

HTML tutorial

O, Biologiya müəllimliyi ixtisası üzrə təhsil alırmış.

Qeyd edək ki, hadisə ötən gün Abşeron rayonu Qobu qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Leyla ilə yanaşı, 8 aylıq qızını da öldürüb, daha sonra özünə xəsarət yetirib.

 

Gununsesi.info