70 ildir evli olan cütlük 20 dəqiqə fasilə ilə öldü

70 ildir evli olan cütlük 20 dəqiqə fasilə ilə öldü

ABŞ-ın Miçiqan əyalətində 70 ildir evli olan və dekabrın 6-da qocalar evinə yerləşdirilən 90 yaşlı Les və Freda Austin dünyalarını dəyişiblər.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, cütlük 20 dəqiqəlik fasilə ilə dünyadan köçüblər.

Məktəb illərindən tanış olan və 1949-cu ildə ailə quran Les və Fredanın qızı “Daha sonsuzadək bir yerdə olacaqlar. Əslində gözəl olduğunu fikirləşirəm” deyib.

Les və Freda evliliklərinin 70 illiyini noyabrda qeyd etmişdilər.

 

Gununsesi.org

COMMENTS