
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Gununsesi.info-nun “Kəlbəcər köçkünlərindən Xocalının polis rəisinə ittham” başlıqlı yazısına reaksiya verib.
Qeyd edək ki, həmin yazıda mal-qaraları oğurlanan köçkünlər polis rəisinin bu işi ört -basdır etdiyini iddia edib.
Nazirlik sözçüsünün bu iddia ilə bağlı açıqlamasını təqdim edirik:
Sosial Şəbəkələrdə və xəbər saytlarında Goranboy rayon Meşəli kəndi ərazisində baş verilmiş oğurluq hadisələrinin araşdırılmaması və yaxud da cinayəti törətmiş şəxs və şəxslərin himayə olunması ilə bağlı iddialar həqiqətə uyğun deyil. Məlumat üçün qeyd edim ki, həmin sakinlər 2019-2023 ci illərin müxtəlif vaxtlarında Xocal Rayon Polis Şöbəsinə müraciət edərək özlərinə məxsus mal-qara, at və digər heyvanların itməsi və ya oğurlanması barədə məlumat veriblər. Hər bir sakinin müraciəti qeydə alınaraq heyvanların tapılması, oğurluq cinayətidirsə şübhəli şəxs və şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.
Afət Abbasova
Gununsesi.info