Neftimiz 5,61 dollar bahalaşdı

“Azeri Light” (CIF) markalı neftin qiyməti 87,9 (əvvəlki 82,29) ABŞ dolları olub.

Gununsesi.info  xəbər verir ki, Azərbaycan neftinin qiymətində 5,61ABŞ dolları və ya 6,82% artım qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 65 ABŞ dollarından hesablanıb.

Gununsesi.info