“42 ildir xalqa xidmət edirəm, bunların yarıtmaz işlərinə görə dünənki uşaqlar xalq artistidir…”

“42 ildir xalqa xidmət edirəm, bunların yarıtmaz işlərinə görə dünənki uşaqlar xalq artistidir…”

Müğənni Səyyad Əlizadə karantin dövründə gördüyü işlərdən danışıb.
Gununsesi.org xəbər verir ki, S.Əlizadə Moderator.az-a açıqlamasında imkanı olduğu qədər mütaliə etdiyini bildirib:
“Mütaliə etməyi sevdiyim üçün bu iki ayı ancaq kitab oxumuşam. Vüsal Nurlu adlı bir yazıçımız “Qaraqaşlı” romanı yazıb onu oxuyub bitirdim və həm də çox bəyəndim. Roman qazimiz İbad Hüseynlinin  döyüş yolunda bəhs edir. İndi bu Türkiyədə də çapdan çıxacaq. Romanı mən “Azərbaycan” jurnalından oxudum. Təbii ki, həyat dayandığı üçün darıxdırıcı olurdu. Bununla yanaşı, işlərimlə məşğul olurdum. Şükür ki, ölkəmiz tərəfindən koronavirus əleyhinə önləyici tədbirlər görüldü və hər şey yaxşı oldu”.
S.Əlizadə insanlara köməklik etsə də, bunu heç vaxt ictimailəşdirmədiyini bildirdi:
“Mən özüm gücüm çatan qədəriylə ehtiyacı olan insanlara kömək etdim, amma belə şeyləri çəkib göstərmək ayıbıma gəlir. Bunu Allaha xatir ediriksə, insanlara göstərməyin nə mənası var. Mən belə şeyləri deməyə utanıram”.
Müğənni Mədəniyyət Nazirliyində baş verən hadisələrə də münasibət bildirib və buna görə utandığını deyib:
“Sadəcə onların əvəzinə xəcalət çəkirəm. Heç mənə borcu olana deyə bilmirəm ki, pulumu ver, utanıram. Amma sən necə adamların yaxasından yapışıb divara dirəyirsən ki, pul verməlisən. Bunlara hökumət etimad göstərib ki, xalqa xidmət etsinlər, bu şərəfsizlər isə camaatın “dərisin soyurlar”. Qırx iki ildir xalqa xidmət edirəm, qıraqda qalmışam, bunların yarıtmaz işlərinə görə dünənki uşaqlar Xalq artistidir. Hansı ki, xalq onları nə tanımır, nə də qəbul etmir”.

Gununsesi.org

COMMENTS