Pakistanın Bəlucistan əyalətində naməlum silahlılar 7 əsgəri öldürüb.
Gununsesi.org-un APA-ya “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, mayın 18-də gecə saatlarında əsgərlər patruldan Maç bölgəsindəki Pir Qaib düşərgəsinə qayıdarkən partlayıcı qurğu işə düşüb. Nəticədə 6 əsgər ölüb.
Digər bir əsgər isə əyalətin Keç rayonunda silahlılarla atışmada öldürülüb.
Hücumları Bəlucistan əyalətindəki heç bir qruplaşma üzərinə götürməyib.
COMMENTS