Əməkdar artist Elnarə Abdullayevanın dediyi “Oğluma müğənni qız almaram” fikirləri ATV-də yayımlanan “7 canlı” axşam şousunda müzakirə olunub.
Gununsesi.org Oxu.Az-a istinadla xəbər verir ki, sözügedən proqramda qonaq olan Əməkdar artist Mətanət İsgəndərli həmkarının fikirləri ilə razılaşmayıb, onu tənqid edib.
Hərənin bir baxış bucağı var. Heç kimi pisləyib, gözdən salmaq olmaz. O da bir ailənin övladıdır, onu da bir ana dünyaya gətirib. İnsanın tərbiyəsi əxlaqından, daxilindən asılıdır. Belə fikirləri bir sahəyə aid etmək olmaz. Bu, tamamilə səhv düşüncələrdir. Əgər sən özün bu sənətdəsənsə, öz sənətinə hörmətlə yanaşmalısan. Başqalarını da çağırmalısan ki, sənin sənətinə hörmət etsinlər. Bu cür fikirlər söyləyən özünü hörmətdən salır. Əgər pisdirsə, o zaman niyə bu sənətə gəlmisən?”
Gununsesi.org
COMMENTS