Meksikada koronavirusa bənzədilən dolu damlaları yağıb.
Gununsesi.org xəbər verir ki, Meksikanın bir şəhərində yağan dolu damlaları haqqında xalq arasında “Bu göylərdən gələn bir işarədir” şəklində fikirlər səslənib.
Dünya Meteoroloji Təşkilatının məsləhətçisi və meteoroloq Xose Migel Vinas yağan dolu damlalarıının tamamilə normal olduğunu söyləyərək “Fırtına olduqda dolu damlaları kiçik sferik formalar kimi başlayır və üstünə buz qatları yığılır. Çox güclü fırtınalar zamanı dolu damlaları toqquşaraq birləşir və bu zaman da buzdan çıxınıtılar yaranır” deyib.


Gununsesi.org
COMMENTS